Sputniknews.com hansı ölkənin dünyada seçkilərə daha çox təsir etdiyini araşdırıb
Sputniknews.com hansı ölkənin dünyada seçkilərə daha çox təsir etdiyini araşdırıb
Novator.az-ın məlumatına görə, sorğuya cəlb olunan Fransa, Böyük Britaniya, Polşa və Almaniya sakinləri digər ölkələrdəki seçkilərə ABŞ-ın daha çox təsir etdiyi qənaətindədir. Fransa və Polşada respondentlərin 43%-i, Almaniyada 41%-i, Böyük Britaniyada 33%-i hesab edir ki, ABŞ-ın digər ölkələrdəki seçkilərə təsiri var.
Sorğuya cəlb olunan respondentlərin digər qismi xarici ölkələrdə seçkilərə Rusiyanın təsir etdiyini deyib. Polşada respondentlərin 29%-i, Almaniyada 28%-i, Fransada 27%-i, Böyük Britaniyada isə 21%-i Rusiyanın xaricdəki seçkilərə təsir etdiyini düşünür.
Böyük Britaniyada respondentlərin 18%-i, Polşada 12%-i, Almaniyada 10%-i, Fransada 8%-i digər ölkələrdəki seçkilərə Avropa İttifaqının təsir etdiyini vurğulayıb.