Seçkilərdə etibarlı səslər qazanan, lakin parlamentdə təmsil olunmayan partiyalara maliyyə yardımı ayrılacabackend

Seçkilərdə etibarlı səslər qazanan, lakin parlamentdə təmsil olunmayan partiyalara maliyyə yardımı ayrılaca

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Parlament seçkilərində etibarlı səslər qazanan, lakin Milli Məclisdə təmsil olunmayan siyasi partiyalara maliyyə yardımı ayrılacaq.

Tribunainfo.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında l oxunuşda müzakirəyə çıxarılan “Siyasi partiyalar haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihədə qeyd edilib ki, siyasi partiyanın fəaliyyətinin bu qanunun 25.2-ci maddəsinə uyğun olaraq maliyyələşdirilməsi üçün dövlət tərəfindən maddi yardımı ayrılır və bu məqsədlə hər il dövlət büdcəsində ayrıca sətirlə göstərilməklə vəsait nəzərdə tutulur.

Həmin vəsaitin 2,5 faizi irəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş seçkilərdə etibarlı səslər qazanan, lakin qanunverici orqanda təmsil olunmayan siyasi partiyalar arasında bərabər bölünəcək.

Qeyd edək ki, bununla bağlı qanunvericilikdə indiyədək hər hansı bir müddəa mövcud deyildi.

Layihə l oxunuşda qəbul edilib.