Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp noyabrın 5-də keçiriləcək prezident seçkilərində uduzacağı təqdirdə yenidən prezidentlik yarışına qatılmaq fikrində olmadığını açıqlayıb.
Tribunainfo.az xəbər verir ki, Tramp jurnalist Şaril Atkissonun proqramında iştirak edib və seçki gündəmini dəyərləndirib.
Seçkiləri uduzsa, 2028-ci il prezident seçkilərinə girməyi düşünüb-düşünmədiyini soruşduqda Tramp belə cavab verib:
“Xeyr, düşünmürəm. Amma ümid edirəm ki, uğur qazanacağıq”.
78 yaşlı Tramp fikrini dəyişsə, seçkiləri uduzsa və növbəti prezident seçkilərinə qatılsa, 2028-ci ildə onun 82 yaşı olacaq.
Noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkilərində Tramp Ağ Evdəki kürsüyə çıxmaq üçün demokrat rəqibi Kamala Harrislə yarışacaq.