İmperator ləqəbli İbrahim Tatlısəs seçkinin nəticələri açıqlandıqdan sonra “Seçkidə uduzdum, evlənirəm. Bütün subaylara salam”, deyərək hər kəsi heyrətə salıb.
Tribunainfo.az xəbər verir ki, Türkiyədə 5 il vəzifə yerinə yetirəcək yerli idarəçilərin seçilməsi üçün dünən sandıq başına getdi. Təxminən 207 min seçki qutusunda 61 milyondan çox seçici səs verib. Nəticələr məşhur adlar tərəfindən açıqlanarkən İbrahim Tatlısəs də evlənəcəyini açıqlayaraq diqqət çəkib.
Daha əvvəl bir neçə dəfə siyasətə girən, lakin uğursuzluğa düçar olan İbrahim Tatlısəs İnstaqram hesabında paylaşdığı paylaşımda “Seçkidə uduzdum, evlənirəm. Eşitdik, eşitmədik deməyin. Salam olsun bütün subaylara, mən evlənirəm”. 72 yaşlı Tatlısəsin kiminlə və nə vaxt evlənəcəyi hələlik məlum deyil.