Seçki ilə bağlı jurnalistlərdən “Qaynar xətt”ə müraciət daxil olmayıb – Mətbuat Şurasıbackend

Seçki ilə bağlı jurnalistlərdən “Qaynar xətt”ə müraciət daxil olmayıb – Mətbuat Şurası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mətbuat Şurasının “Qaynar xətt” rejimində fəaliyyət göstərən (012) 441 35 96 şəhər, (050) 242 09 91 və (055) 789 85 03 mobil nömrələri saat 08.00- dan başlayaraq jurnalistlərin ixtiyarındadır.

Bu barədə Dia-az.İnfo-ya Mətbuat Şurasından məlumat verilib. Bildirilib ki, saat 13.00-dək səsvermə prosesini işıqlandıran media vasitələrinin təmsilçilərindən MŞ-nin telefon nömrələrinə hər hansı zəng olunmayıb.

Qeyd edilib ki, “qaynar xətt” rejimində fəaliyyət göstərən telefon nömrələrinə daxil olan müraciətlərin araşdırılması üçün Mətbuat Şurası Mərkəzi Seçki Komissiyası və digər əlaqədar qurumlarla daimi əlaqədə olacaq və peşə vəzifəsini yerinə yetirən jurnalistlərin tam sərbəst şəkildə fəaliyyət göstərmələri üçün bütün tədbirlər görüləcək.

Mətbuat Şurasının İdarə Heyətinin jurnalist və müşahidəçi kimi qeydiyyatdan keçmiş üzvləri də paytaxtdakı və bəlgələrdəki seçki məntəqələrində jurnalistlərə prosesi işıqlandırmaları üçün yaradılmış şəraiti müşahidə edirlər. Hələlik MŞ sədri Rəşad Məcid 35 saylı Xətai üçüncü seçki dairəsinin 5-ci, 6-cı, 7-ci məntəqələrində, MŞ sədrinin müavini Səadət Məmmədova 118 saylı Ağdam-Xocalı seçki dairəsinin 32 saylı seçki məntəqəsində, İH üzvü Ceyhun Musaoğlu Abşeron rayonu 50 saylı üçüncü seçki dairəsinin 4 nömrəli məntəqəsində prosesi izləyiblər. Onlar hansısa pozuntu faktı aşkarlamayıblar.