Ermənistanı dəhşətli zəlzələ gözləyir – Seysmoloqbackend

Ermənistanı dəhşətli zəlzələ gözləyir – Seysmoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanı dəhşətli zəlzələ gözləyir. Tribunainfo.az xəbər verir ki, bunu Seysmik Risklərin Qlobal Monitorinqi üzrə Beynəlxalq Mərkəzin direktoru Samvel Akopyan bildirib.

O deyib ki, əllərində olan avadanlıq sayəsində gərginlik ocaqlarında sıxılmaları müşahidə edirlər. Onun sözlərinə görə, ən təhlükəlisi Ermənistanın sərhəd zonasında gözlənilən zəlzələlərdir. “Ermənistan və Türkiyədə baş verən zəlzələlərin ümumi aktivliyi ərəb plitəsinin şimala nisbətən nisbi hərəkəti ilə xarakterizə olunur. Ərəb plitəsi hərəkətinin gərginliyini Trans-Qafqaz zonası daşıyır ki, onun da təsiri Ermənistanın zəlzələyə meyilli zonalarına qədər uzanır. Hazırda Ermənistan-Gürcüstan sərhədində, Samtsxe-Cavaxet bölgəsi istiqamətində, şərqdə zəlzələ gərginliyi müşagidı olunur. Burada zəlzələlər minimum 6,5-6,6 bal gücündə ola bilər”.
Akopyan iddia edib ki, bir neçə ildən sonra gərginlik ölkınin şimal bölgələrinə çata bilər.