“Şahbaz və Dilqəm nə ediblər ki? Öz torpaqlarına gediblər də… Bu adamlar orada qeyri-qanuni heç nə etməyiblər”. “Şahbaz və Dilqəm nə ediblər ki? Öz torpaqlarına gediblər də… Bu adamlar orada qeyri-qanuni heç nə etməyiblər”.
TİA.AZ xəbər verir ki, bunu jurnalistələrə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri, millət vəkili Cavid Qurbanov deyib.
Kəlbəcərdən seçilən millət vəkili kəlbəcərli girovlar Şahbaz və Dilqəmdən danışaraq deyib ki, özü şəxsən bu işlə ciddi məşğuldur:
“Oğru elə bağırır ki, doğrunun bağrı yarılır. Hələlik düzgün olmayan həqiqət ermənilərin tərəfindədir. Bu adamlar da Şahbaz və Dilqəm risk edib vətənlərinə getdilər və tutuldular. Mən özüm bu işlə məşğul oluram. Amma bəzi şeylər var ki, bunları açıqlamıram. Cənab prezident də özü bu işlə xüsusi məşğuldur. Cənab prezident Putinin və Sarkisyanın yanında da bu məsələni qaldırdı. Mən iş-gücüm ancaq onun ailəsinə kömək etməkdir. Bilsəm ki, mən, 2-3 adam avtomat götürüb gedib Şahbaz və Dilqəmi azad edəcəyik, gəlin gedək. Bununla məsələ düzəlir? Bunu siyasi yolla həll etmək lazımdır. Bunu da ölkə prezidenti ən yüksək səviyyədə səsləndirib”.
C.Qurbanov qeyd edib ki, özü də Dilqəm və Şahbaz məsələsi ilə məşğul olur:
“Bu işlə Dövlət Təhlükəsizliyi Xidməti, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və mən məşğulam. Mən bunu reklam etmirəm. . Bütün hər şey hesablananda təhlükəsizliyin əsas götürülməsinə hesablanır. Bir insan həyatının qiyməti yoxdur, bəlkə də milyardlara bərabərdir. Sülh yolu ilə münaqişə öz həllini tapsa daha yaxşı olar. Əgər sülh olmasa biz özümüz sülhü almalıyıq. Azərbaycan da bəyan edib ki, bizim də səbrimizin tükənmə həddi var”.