Müğənni Şəbnən Tovuzlu qızıllarının qiymətini açıqlayıb.
Tribunainfo.az xəbər verir ki, o bu barədə “ATV”də yayımlanan “Rəngarəng” verilişində danışıb.
Aparıcının “Şəbnəm Tovuzlunun bu dəqiqə istifadə etdiyi qızıllar sərvət dəyərindədir deməsinə müğənni belə reaksiya verib:
“Xanım hər zaman zinət əşyası taxar. Çox da bahalı deyil. Boynumdakı dəstdir. Qızlar hamısı baxanda bilirlər ki, bu dəstin qiyməti 5 min 500 manat olar. Bu mənim qızıllarımın yüzdə biridir. İnsanın özü, ürəyi, sənəti qızıl olsun”.