Bu gecə Gəncədən Bakıya qayıdarkən müğənni Şəbnəm Əsədova Bakı-Qazax yolunda qəzaya uğrayıb. Bu gecə Gəncədən Bakıya qayıdarkən müğənni Şəbnəm Əsədova Bakı-Qazax yolunda qəzaya uğrayıb.
TİA.AZ-a istinadən xəbər verir ki, qəflətən qarşılarına çıxan VAZ 07 avtomobili ilə toqquşan Mercedes Viano maşınında müğənnidən əlavə prodüseri və sürücüsü olub.
Təcili özəl xəstəxanalardan birinə yerləşdirilən zərəçəkmişlərdən – sürücü və prodüserin vəziyyəti orta, müğənninin isə orta ağır qiymətləndirilir.
Müğənninin şok yaşadığı deyilir.
Daha sonra reanimasiyaya yerləşdirilən Şəbnəm Əsədovanı görmək istəyən həyat yoldaşı – müğənninin yanına buraxılmadığı üçün klinikanın personalı ilə dalaşıb.
Xatırladaq ki, bugün Şəbnəm Əsədovanın Mingeçevirdə “Sərin, sərin” adlı solo konserti baş tutmalı idi.