Populyar ifaçı Şəbnəm Tovuzlunun həyat yoldaşı “Maşın” realiti şouya qatılmağa icazə verməyib.
Müğənni Şəbnəm Əsədova şouya dəvət alsa da, o, bu təklifi qəbul etmədiyini bildirib:
“Şouya 2 səbəbə görə qatılmadım. Əvvəla mən heç kəslə dalaşa bilmirəm. Mən ayrı tərbiyə almışam. İkincisi isə həyat yoldaşım icazə vermədi. Amma şouya həvəslə baxıram. Hamıya da uğur arzu edirəm”. shownews.az