backend

Şəbnəm Tapdıq:”Mən akademik qadınam”.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əməkdar artist Şəbnəm Tapdıq şəxsi həyatı ilə bağlı açıqlama verib.  
Əməkdar artist Şəbnəm Tapdıq şəxsi həyatı ilə bağlı açıqlama verib. 

TİA.AZ axşam.az-a istinadən xəbər verir ki, , ifaçı “Qonaq gəl bizə” verilişində iki dəfə nişanlı olduğunu deyib:

Müğənni hələ də ailə qurmamasının səbəbini açıqlayıb:
 
“Məhəbbəti futbol topu kimi kənara atıram. Biri deyir ki, mənə ərə gəl, sənə pul buraxım, ev alım. Dedim, atamı səndən üstün tuturam. Mən şəhərin birnömrəli binasından yaşayıram. Kiminsə aldığı evi nə edim? Ürəyim boş deyil, çox xoşbəxt insanam. Bacım uşaqlarını çox istəyirəm, qəlbimdə onlardı.
Hələ heç bir kişiyə deməmişəm ki, səndən xoşum gəlir. Başımı niyə ağrıdım? Sərxan Sərxan yaxşı deyib ki, müğənni tək yaşamalıdır. Mənim xoşuma gələn tip bizdə yoxdur.
 
İki dəfə nişan qaytarmışam. Birinci dəfə çox yaraşıqlı oğlanla nişanlanmışam. Sonra gəldi ki, oxumayacaqsan. Dedim ki, tutduğum yolda özüm gedirəm. Üzüyü çıxardıb qaytardım. Anam, atam narazı oldu. Sonra yenə də nişanlandım. Hamı mənə olduğumdan az yaş verir. İndi mənə 32 yaş verirlər. Gəlirlər ki, bu uşaq sənlə ailə qurmaq istəyir. Deyirəm, rus və ya başqa dilləri bilirsən? Cavab verir ki, yox. Özü də 32 yaşı var. Mənim səviyyəm olmayan biri yanımda gəzə bilməz. Mən akademik qadınam. İndi də əlimdə lüğət, dil öyrənirəm”.
 
Ş.Tapdıq səsini bəyəndiyi ifaçıların adını açıqlayıb:
 
“İlhamə Qasımovanın səsini bəyənirəm. Bir də İradə İbrahimovanı xoşlayıram”