«Səbinə şalvarını aşağı çəkib, ekipaj üzvlərini dişləməyə çalışırdı» (FOTO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan əsilli Səbinə Sultanova “British Airways” aviaşirkətini məhkəməyə verib.
 

Azərbaycan əsilli Səbinə Sultanova “British Airways” aviaşirkətini məhkəməyə verib.

“Qaynarinfo” “The Sun”a istinadən xəbər verir ki, İngiltərədə yaşayan və “City Bank”da çalışan 34 yaşlı xanım bu ilin martında doğum gününü qeyd etmək üçün Dubaya uçarkən təyyarənin eekipaj üzvlərinin hücumuna məruz qalıb.

Səbinə Sultanova məhkəmə iddiasında bildirir ki, təyyarə eniş edərkən “British Airways” şirkətinin işçiləri ona hücum edərək boğmağa çalışıblar. Daha sonra isə Dubay polisi tərəfindən 12 saat saxlanılıb.

34 yaşlı xanım bildirib ki, təyyarədən düşmək istəyərkən heç bir səbəb göstərmədən onu geri dartıblar və bu zaman gödəkçəsi dartılaraq boğazını sıxıb. Nəticə sıyrıqlar yaranıb, daha sonra huşunu itirib və gözünü açanda özünü polislərin əhatəsində görüb.

“Təyyarə eniş edəndən sonra mənə gözləməyimi dedilər, 20 dəqiqə sonra təyyarəni tərk etmək istəyən zaman ekipaj üzvləri məni itələyib, hücum edib yaraladılar. Az qalsın məni öldürürdülər” deyə Səbinə Sultanova bildirib.

Onun hüquqlarını müdafiə edən aviasiya hüququ üzrə mütəxəssis Keyt Barret isə “British Airways” şirkətinin komandası Sultanovaya hücum etməyi bəs etmirmiş kimi onlar tənha qadını huşsuz vəziyyətdə qoyublar, daha sonra onu Dubay polisi saxlayıb” deyib.

“British Airways” iddiaları təkzib edir. Şirkətdən bildirilib ki, Səbinə Sultanova təyyarədə şalvarını aşağı çəkib, ekipaj üzvlərini dişləməyə çalışıb: “Yüksək təlim keçmiş ekipaj üzvləri özünü pis aparan və şalvarı aşağı çəkilmiş vəziyyətdə təyyarədə qaçaraq ekipaj üzvlərini dişləməyə çalışan sərnişinə qarşı məsuliyyətli davranış nümayiş etdiriblər”.