Səbinə Əzimova ağır atletika üzrə Avropa çempionu oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kosovonun paytaxtı Priştina şəhərində 15 və 17 yaşlı yeniyetmə ağır atletlər arasında Avropa birinciliyi davam edir.
 Kosovonun paytaxtı Priştina şəhərində 15 və 17 yaşlı yeniyetmə ağır atletlər arasında Avropa birinciliyi davam edir. TİA.AZ-ın məlumatına görə, 22-30 sentyabr tarixlərində keçirilən yarışda 40-a yaxın ölkədən 305 atlet (175 oğlan və 130 qız) medallar uğrunda mübarizəyə aparır. Sentyabrın 25-də Azərbaycan yığmasının əsas qızıl ümidlərindən biri olan Səbinə Əzimova körpücük üzərinə çıxıb. Səbinə birdən qaldırma hərəkətində hər 3 yanaşmasını uğurla yerinə yetirib və 78 kq nəticə ilə bu hərəkətdə 2-ci olub. Atletimiz təkanla qaldırma hərəkətində 96 kq çəkini ram edərək, bu hərəkətdə də 2-ci yeri tutub. Toplamda 174 kq (78+96) nəticə göstərən Səbinə Əzimova, 53 kq çəki dərəcəsində qızıl medalın sahibi olub. Xatırladaq ki, Səbinə yeniyetmələr arasında Avropa birinciliyinin ikiqat qalibi, yaşı 15-ə qədər olan qızların bu çəkidə rekordçusu idi. O, bu gün qızıl medal alaraq 3 qat Avropa çempionu olub. olke.az