backend

Səbail yeniləşir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səbail Rayon İcra Hakimiyyətində 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzfələrə həsr olunmuş hesabat yığıncağı keçirildi. Səbail Rayon İcra Hakimiyyətində 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzfələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.

Rayonun idarə, təşkilat və müəssisələrinin, hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərlərinin, eləcə də ictimaiyyətin nümayəndələrinin iştirakı ilə keçirilən yığıncağı açan  Səbail rayon İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına  və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin proqram xarakterli nitqinin bir sıra məqamlarına toxundu. Bildirdi ki, bu gün bir çox aparıcı dünya ölkələrinin rəhbərləri, xüsusən də Böyük Britaniyanın baş naziri son çıxışında birldirmişdir ki, hazırda dövlətin vahidliyini qorumaq və inkişafını təmin etmək üçün güclü hakimiyyətin olması vacibdir.
 

Bizim isə xöşbəxtliyimiz ondadır ki, Azərbaycan dövlətinin cənab İlham Əliyev kimi zəngin intellektli, dərin zəkalı və  çox böyük istedada  malik güclü rəhbəri vardır.
3 ay ərzində ölkədə qeyri-neft sektoru 2,4 faiz,  qeyri-neft sənayesi 2 faiz, kənd təsərrüfatı 3,5 faiz, bitkiçilik 20 faizdən çox artmışdır.  Birinci rübdə ölkənin valyuta ehtiyatları 1 milyard dollar səviyyəsində artaraq ümumilikdə 38,5 milyard dollar təşkil etmişdir.  3 ayda ölkə üzrə ticarət dövriyyəsi 15 faiz, ixrac 50 faiz, qeyri-neft ixracı 10 faiz artıb, ticarət dövriyyəsinin müsbət saldosu 1 milyard dollar səviyyəsindədir. Bu rəqəmlər ölkədə aparılan islahatlar nəticəsində əldə olunan uğurların bariz göstəricləridir.

Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev 2017-ci ilin birinci rübündə Səbail rayonunda görülən işlər, həyata keçirilən layihələr, sosial-iqtisadi inkişafda əldə olunmuş uğurlar və mövcud problemlər və onların aradan qaldırılması yolları barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, 3 ay ərzində rayonun iri sənaye  müəssisələri tərəfindən 6 milyard 090,9 milyon manatlıq məhsul istehsal edilmişdir Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə istehsal 14,6 faiz artmışdır. Rayonun iri nəqliyyat müəssisələri tərəfindən görülən iş və xidmətlərin həcmi 92.6  milyon manat və ya keçən ilin müvafiq dövrünə nisbətən 23.1 faiz çox olmuş,  rabitə müəssisələri  tərəfindən görülmüş iş və xidmətlərin dəyəri 24.9 milyon manat təşkil etmişdir.
Rüb ərzində bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 2 milyard 121.9  milyon manat olmuş, tikinti quraşdırma işlərinə yönəldilmiş investisiyanın  həcmi 1 milyard 463.8 milyon manat və ya 4.2 faiz,  yerinə yetirilmiş podrat işlərinin həcmi isə 361.4  milyon manat və ya 3.2 faiz artmışdır.
Rayonun pərakəndə ticarət şəbəkəsindən əhaliyə  152,7  milyon manat məbləğində  və ya 5,2 faiz çox istehlak malları satılmış, xidmət müəssisələri tərəfindən isə əhaliyə 69,7 milyon manatlıq pullu xidmət göstərilmişdir ki, bu da  9,3 faiz çoxdur. 3 ayda ictimai iaşə dövriyyəsi 9.6 faiz artaraq 49.9 milyon  manat,  ödənişli xidmətlərin həcmi isə 9.3 faiz artaraq 69.7 milyon manat olmuşdur.
2017-cı ilin I rübü üzrə Səbail rayonunda çalışan işçilərin sayı 116808 nəfər, orta aylıq əmək haqqının məbləği isə 1339.6  manat olmuşdur ki, bu da keçən illə müqayisədə  7.9  % çoxdur.
3 ay ərzində Səbail rayonda  952  yeni daimi iş yeri, ümumilikdə isə 2003-cü ilin 01 oktyabr tarixindən 01.04.2017-ci il tarixinə kimi rayonda  50089–i daimi olmaqla 53557 yeni iş yerləri acilmişdir.
Qeyd olunmuşdur ki, hazırda rayon ərazisində bir sıra müxtəlif təyinatlı obyektlərin, 2 yeni mehmanxananın tikintisi, İncəsənət muzeyinin əsas binasının və Bülbül adına orta ixtisas musiqi məktəbinin əsaslı təmiri davam edir, RİH tərəfindən 157 saylı uşaq bağçasının sökülərək yenidən tikintisi və  Badamdar şossesinin müasir standartlara uyğun yenidənqurulması aparılır. Dövlət Proqramı çərçivəsində Badamdar  qəsəbəsinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı işlər sona çatmaq üzrədir.

Ölkə başçısının təşəbbüsü ilə rayonda tam yenidənqurmaya ehtiyacı olan,  köhnəlmiş  yaşayış binalarının sökülüb yerində müasir binaların tikintisi ilə bağlı son bir ildə 10-dan çox müasir layihə təsdiq olunub. Artıq Badamdar qəsəbəsi, Tofiq Məmmədov və Bayıldakı Neftçi Qurban, Xanlar,  Fuad Əbdülrəhmanov, Aqil Əliyev, Rastropoviçlər küçələrində çoxmənzilli yaşayış binalarının tikintisinə başlanıb. Onların həyata keçirilməsi işlərinə RİH tərəfindən hər cür köməklik göstərilir.
2016-cı il ərzində Bibiheybət qəsəbəsində «Şıx» ərazisindəki dağ massivində “Ekoloji park”da 29 ha ərazidə 75 min ədəd yeni Eldar şamı, kiparis və püstə ağacları, Badamdar qəsəbəsinin 3-cü yaşayış massivində isə  5000-nə yaxın zeytun ağacı əkilərək böyük bağ salınmışdır. Bu ağaclara gündəlik qulluq göstərilməsi üçün müvafiq tədbirlər həyata keçirilir.
Eyni zamanda şəhər mərkəzindəki parklarda və əsas yolların kənarlarında abadlıq işləri davam etdirilmiş, burada mövsümi güllər əkilmiş, yaşıllaşdırma işləri görülmüşdür. Bu işlər davam etdirilir.
Ölkə başçısı cənab İlham Əliyevin xeyir-duası ilə RİH tərəfindən Əhəd Yaqubov küçəsində Su İdmanı sarayı ilə üzbəüz boş ərazidə ilkin olaraq 1,5 ha sahədə yeni orijinal İstirahət parkının salınmasına başlanmışdır. Layihəyə əsasən parkda basketbol, tennis və futbol üçün Multi-idman meydançası, açıq havada trenajor zalı, uşaqlar üçün velotrek, uşaq əyləncə qurğularının yerləşdiriləcəyi meydança düzəldilir. Parkda sakinlərin istirahəti üçün hər cür şərait yaradılacaqdır. Parkın girişində arka və mərkəzdə freska ilə bəzədilmiş divar qurulur.
Görülən işlərlə yanaşı həmçinin rayon İcra Hakimiyyəti tərəfindən müxtəlif mövzularda xeyli tədbir, dəyirmi masa, görüş və s. təşkil olunmuş, RİH-nin təşkilatçılığı ilə «Azərbaycanlıların soyqırımı» kitabının təqdimatı keçirilmişdir.
Yığıncaqda çıxış edənlər  yerli  infrastruktur layihələrinin icra olunması və sahibkarların fəaliyyətinə köməklik göstərilməsi, məşğulluq səviyyəsinin artırılması və yeni iş yerlərinin açılması ilə bağlı əlavə tədbirlərin görülməsi, qanunsuz tikintilərin qarşısının qətiyyətlə alınması, rayonda məskunlaşmış məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması və onların məşğulluq məsələlərinin həlli, tikinti meydançalarında təhlükəsizlik qaydalarına riayət olunmasının vacibliyi, yeni tikilən çoxmərtəbəli binalarda uşaq bağçalarının yaradılması, yay mövsümündə çimərliklərin vəziyyəti, yeniyetmələrin zərərli vərdişlərdən uzaqlaşdırılması üçün  onların asudə vaxtlarının təşkili ilə bağlı əlavə tədbirlərin görülməsi, yeni yaşıllıq sahələrinin yaradılması və əvvəl əkilən ağaclara qulluq göstərilməsi, gələn ay keçiriləcək irimiqyaslı beynəlxalq idman yarışları zamanı mərkəz ərazilərin sanitar vəziyyətinin yüksək səviyyədə saxlanılması və s. məsələlərə toxundular, sakinləri narahat edən suallar cavablandırıldı, nöqsanların araşdırılması və aradan qaldırılması üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verildi.