“Səbail” klubu bir neçə gün öncə baş məşqçi postundan istefa verən Şahin Diniyevə təzminat ödəməyəcək.
Bu barədə klubun icraçı direktoru Firuz Abdulla məlumat verib.
Onun sözlərinə görə, heç bir təzminatdan söhbət gedə bilməz:
“Ona təzminat ödəyəcəyimizlə bağlı məlumatlar həqiqətə uyğun deyil. Şahin Diniyev könüllü istefa verib və klub qarşısında maliyyə məsələləri ilə bağlı hər hansı iddia qaldırmayıb. Yalnız son ayda işlədiyi müddətin əməkhaqqını alacaq. Amma heç bir təzminat iddiası yoxdur”.
Qeyd edək ki, 58 yaşlı mütəxəssis Misli Premyer Liqasının XII turunun “Səbail” – “Kəpəz” matçından (0:1) sonra istefa verib. Komanda hazırda 8 xalla turnir cədvəlinin doqquzuncu pilləsində qərarlaşıb.