SƏBAİL RAYONUNDA SƏKİ PROBLEMİ… İCRA HAKİMİYYƏTİNİN VECİNƏ DƏ DEYİL – FOTO

SƏBAİL RAYONUNDA SƏKİ PROBLEMİ… İCRA HAKİMİYYƏTİNİN VECİNƏ DƏ DEYİL – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səbail rayonu, Azərbaycan prospekti ərazisindəki piyada səkilərində acınacaqlı vəziyyət yaşanır. Səkilər dayanacaq və köşklərlə zəbt edilib, hərəkət üçün yer yoxdur.

Tribunainfo.az yazır ki, hər gün piyadaların ölümü ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verir. Belə hadisələrin əksəriyyəti piyadaların səki ilə hərəkət etməməsi səbəbindən baş verir. Ancaq görünür nə səkilərin zəbt edilməsi, nə də piyada ölümləri aidiyyəti qurumları maraqlandırmır, narahat etmir.
İndi belə acınacaqlı vəziyyət Səbail rayonunda yaşanır. Azərbaycan prospektində, şəhərin tam mərkəzi ərazisində piyada səkisində hərəkət üçün yer qalmayıb. Səkiyə yanaşı formada dayanacaq platforması, köşk, zibil qutuları qoyulub. Narazı sakinlər bildirir ki, yay aylarında səkidə su üçün soyuducular da olur. Bu hələ səkinin bir hissəsidir.
Sakinlərin sözlərinə görə, səki boyunca belə problemlər çoxdur. Maneələr səbəbindən piyadaları çox vaxt yolun avtomobillər üçün nəzərdə tutulmuş hissəsi ilə hərəkət edirlər.

Sakinlər Səbail Rayon İcra Hakimiyyətini tezliklə bu problemləri aradan qaldırmağa çağırır.