“Səbail”in tərbiyəsizlik edən futbolçusunu hansı cəza gözləyir? (VİDEO)backend

“Səbail”in tərbiyəsizlik edən futbolçusunu hansı cəza gözləyir? (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycan Premyer Liqasının 35-ci turu çərçivəsində baş tutan “Turan Tovuz” – “Səbail” matçının 90+3-cü dəqiqəsində qol vuran Bakı klubunun futbolçusu Qoba Zakpa qol vurduqdan sonra bir anda diqqət mərkəzinə düşdü…
Ancaq futbolçu vurduğu qolla deyil, etdiyi hərəkətlə yadda qaldı. Belə ki, portqualiyalı hücumçu komandasının bərabərliyi təmin etdikdən sonra qol sevincini yaşayarkən əlini cinsiyyət orqanına apararaq tərbiyəsiz jest etməsiylə yadda qaldı. Onun hərəkətinin videogürüntüləri də sosial şəbəkələrdə yayıldı. Bəs belə olan halda futbolçunu hansı cəzalar gözləyir? Zakpa cəzalanacaqmı? Ümumiyyətlə, videogörüntülər araşdırılıb?
Məsələ ilə bağlı İntizam Komitəsinin sədri Erkin Hüseynov Qaynarinfo-ya açıqlama verib:
“Qərar çıxmamış İntizam Komitəsinin heç bir üzvünün əvvəlcədən nəsə demək ixtiyarı yoxdur. Komitə olaraq 7 səsvermə hüququ var. Həmin videogörüntülər əlimizdədir, baxmışıq. İstənilən halda araşdırma aparılmalıdır. Düşünürəm ki, o jestə oxşayırdı. Yenə deyirəm, biz kollegial orqan sayılırıq. Hər kəs bir söz deyir. Sonda videoya baxılandan və analizlər aparılandan sonra qərar verəcəyik”.
“Futbolçunun bu hərəkətə görə futboldan bir müddət uzaqlaşdırılması və sair kimi cəzalar varmı” sualını da cavablandıran Hüseynov bunları dedi:
“Məcəllədə bu hərəkətə görə futboldan uzaqlaşdırılmaq söhbəti yoxdur. Konkret oyun və pul cəzası var. Amma məsələ tam həllini tapmamış heç nə deyə bilmərəm”.