“Səba”nı cərimələdilər

“Səba”nı cərimələdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Toyuq əti, süd və dərin emal məhsullarının istehsalçısı “Səba” MMC ilə bağlı cərimə protokolu tərtib edilib.

Tribunainfo.az xəbər verir ki, “Səba” İnzibati Xətalar Məcəlləsinin ictimai təhlükəsizlik və ictimai mənəviyyat əlehyinə olan 518.1-ci maddəsini pozub.
Belə ki, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

İşə baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. 4 iyul tarixində hakim Anar İbadzadənin sədrliyi ilə işə baxılacaq.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Nigar