“SƏBA” Şirkətlər Qrupu Rusiyaya növbəti partiya quru süd məhsulunu ixrac edib.
“SƏBA” Şirkətlər Qrupu Rusiyaya növbəti partiya quru süd məhsulunu ixrac edib. Şirkətin “Biləsuvar Aqro” MMC müəssisəsinin istehsalı olan məhsul bu dəfə “Made in Azerbaijan” brendi kimi göndərilib.
Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən TİA.AZ-a bildirilib ki, “İnvestisiyanın təşviqi sənədi”ni ilk almış şirkətlərdən biri kimi “SƏBA” öz yüksək keyfiyyətli məhsulunu “Made in Azerbaijan” nişanı ilə çıxarmağı ilə fəxr edir. “Biz əminik ki, Azərbaycan fermerlərindən toplanmış süddən emal etdiyimiz quru süd məhsulu xarici bazarda rəqabətə yüksək davamlılıq nümayiş etdirəcək”.
“SƏBA” nişanı ilə qatıq, xama, yağ, kəsmik və bir sıra süd məhsulları da istehsal edir.