SDU 225 min manata qazanxana təmir etdirəcək

SDU 225 min manata qazanxana təmir etdirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt Dövlət Universiteti keçirdiyi tenderin nəticəsini açıqlayıb. Tribunainfo.az xəbər verir ki, universitet bu müsabiqə ilə 3-cü korpusunda qazanxana və istilik sisteminin əsaslı təmiri işlərinin satınalınmasını reallaşdıracaq.

Məlumatda bildirilir ki, tenderin qalibi “VEDİBASAR İNŞAAT” MMC olub. Bu işlərin müqabilində SDU şirkətə 225 min 259 manat ödəyəcək.

Məlumat üçün bildirək ki, Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “VEDİBASAR İNŞAAT” (VÖEN: 6901231311) Məhdud Məsuliyyətli Cəmiyyətinin 15.11.2022-ci il tarixdə 12 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 50 manat olan MMC-nin hüquqi ünvanının, Samux rayonu, Seyidlər kəndi, qanuni təmsilçisi kimi isə Əlizadə Orxan Səbirəddin oğlu qeyd olunub.

SDU-nun rektoru isə Əminağa Sadıqovdur. O, 10 fevral 2025-ci ildə Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsini icra edən təyin olunub.

Fərda Uğur