Şaxtalı hava üz dərisinə görün nə edir?! – DİQQƏT

Şaxtalı hava üz dərisinə görün nə edir?! – DİQQƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qışın sərt soyuqları təkcə əhval-ruhiyyəyə deyil, dərinin sağlamlığına da təsir edir. Xüsusilə üz dərisi şaxtalı havalarda daha həssas olur və quruluq, çatlama, qızartı kimi problemlərlə üzləşə bilər.

Bəs şaxtalı havalarda üz dərisini qorumaq üçün nə etmək lazımdır?

Dermatoloqlar bildirir ki, aşağı temperatur və güclü külək dərinin qoruyucu təbəqəsini zəiflədir, nəmlənməni azaldır və erkən yaşlanmaya səbəb ola bilər:

Aşağı rütubət səviyyəsi – Soyuq havalar və isitmə sistemləri dərini qurudur.

Güclü külək – Dəridəki təbii yağları apararaq onu daha kövrək edir.

Kəskin temperatur fərqləri – İsti qapalı məkanlardan soyuğa çıxmaq damarların genişlənib-daralmasına səbəb olur, bu da qızartı və iltihaba gətirib çıxara bilər.

Belə qorunun:

Nəmləndirici kremlərdən istifadə edin – Tərkibində hialuron turşusu və qliserin olan məhsullar dərini daha yaxşı qoruyur.

SPF tərkibli kremlər çəkin – Günəş qoruyucu vasitələr qışda da vacibdir.

Dəriyə uyğun yağlar tətbiq edin – Badam və jojoba yağı dərinin elastikliyini qoruyur.

İsti yox, ilıq suyla yuyunun – İsti su dəridəki yağ balansını pozur.

Yetərli su için və qidalanmaya diqqət edin – Omega-3 və vitamin A, E dəri sağlamlığını dəstəkləyir./