Saxta içkidən ölənlərin yasında eyni içki təqdim olundu: 12 nəfər öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dominikan Respublikasında 12 nəfər saxta içkinin qurbanı olub, daha 21 nəfər qğır vəziyyətdə xəstəxanadadır.

“Sputnik” xəbər verir ki, Haiti ilə sərhədə yaxın bir bölgədə saxta içki bir neçə insanın ölümünə səbəb olub. Onların yasına toplaşmış kənd camaatına eyni içki təqdim edilib və ölənlərin sayı artıb.

Ölkənin hüquq-mühafizə orqanları faktın araşdırılması ilə məşğuldurlar.