Böyük Britaniyanın Exsert universitetinin mütəxəssisi Şaxta Babanın bir gecəyə hədiyyələri necə çatdırdığı ilə bağlı nəzəriyyəni təqdim edib.
Böyük Britaniyanın Exsert universitetinin mütəxəssisi Şaxta Babanın bir gecəyə hədiyyələri necə çatdırdığı ilə bağlı nəzəriyyəni təqdim edib.
TİA.AZ “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə “EurekAlert” məlumat yayıb.
Fizik Keti Şin Şaxta Babanın gözə görünmədən sakit şəkildə hərəkət etməsini, Albert Eynşteynin xüsusi nisbilik nəzəriyyəsi vasitəsilə izah edib. Belə ki, yüksək sürətlə hərəkəti hesabına Şaxta Baba, öz bədən ölçüsünü kiçildə və yaşlanmaya bilir. Nəticədə o, evin bacasından daxil ola bilir və uşaqlara Yeni il hədiyyələri bəxş edir.
Fizikin hesablamarına görə, sehrbaz saatda 10 milyon km sürətlə hərəkət edərək dünyanın bütün uşaqlarına hədiyyə paylamağı bacarır. Bu səbəbdən Şaxta Babanı görmək və Dopler effekti sayəsində isə eşitmək olmur.
Kati bu nəzəriyyənin uşaqları ilhamlandıracağına və onların Şaxta Babaya inamlarında şübhə yaratmayacağına ümid edir.