Şaxta baba və Qar qız Rusiya xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilə bilər.
Şaxta baba və Qar qız Rusiya xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilə bilər.
TİA.AZ xəbər verir ki, bu haqda “Facebook” səhifəsində Ukrayna prezidentinin məsləhətçisi Oleq Medvedev yazıb.
“Mümkündür ki, onlar Kremlin yumşaq gücü kimi Rusiya xüsusi xidmət orqanlarının aktiv agentləridir”, – deyə Medvedev bildirib.
KİV-də yayılan xəbərlərə görə, ölkə hakimiyyəti dekabrın əvvəlində sərəncam verib ki, Şaxta baba və Qar qız küçələrdə şəhər sakinlərini təbrik etməsinlər. Ukraynanın əsas yolkasının təşkilatçısı İqor Dobruskiy Şaxta babanı uydurulmuş personaj və sovet keçmişinin qalığı adlandırıb.