Çuvaşiyada şaxta baba geyimində olan şəxs mağaza sahibini güllələyib.
Tribunainfo.az xəbər verir ki, bundan əvvəl o, güllələdiyi şəxslə selfi də çəkdirib.
Belə ki, şaxta baba geyimli şəxs mağazanın sahibi 44 yaşlı Yuri S-in olduğu Beryozka mağazasına soxulub. Onlar birlikdə şəkil çəkdiriblər, bundan sonra Şaxta baba onu güllələyib.
O, yerindəcə dünyasını dəyişib.
Hücum edən şəxs bir neçə saat sonra saxlanılıb. O, kostyumu gizli məqsədlər üçün geyindiyini etiraf edib.