“Saxla” tələbinə əməl etmədi – Həbs olundu-Video

“Saxla” tələbinə əməl etmədi – Həbs olundu-Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı-Quba yolunda hərəkət iştirakçıları üçün real təhlükə yaradaraq təhlükəli manevrlər edən “KamAz” sürücüsü həbs edilib.

Tribunainfo.az xəbər verir ki, 10-LK-628 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Kamilov Şöhrət Gülmirzə oğlu stasionar postda xidmət aparan YPX əməkdaşlarının “saxla” tələbinə qəsdən əməl etməyərək hərəkətini davam etdirib.

Qısa müddət ərzində Yol Patrul Xidməti əməkdaşlarının operativ tədbirləri ilə nəqliyyat vasitəsi saxlayıb.

Yoxlama zamanı sürücünün həmçinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşdığı müəyyən edilib.

Sürücü barəsində müvafiq sənədləşmə aparılaraq toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilmiş və məhkəmə qərarı ilə o, 10 gün müddətinə inzibati qaydada həbs olunub.

Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını qaydalara ciddi riayət etməyə və yollarda təhlükəsizliyi qorumağa çağırır.