Saxalində enerji obyektində terror aktının qarşısı alınıb – FTX-nin iddiası

Saxalində enerji obyektində terror aktının qarşısı alınıb – FTX-nin iddiası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Federal Təhlükəsizli Xidməti Saxalindəki enerji obyektində terror aktının qarşısını alıb.

Tribunainfo.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə çərşənbə günü Rusiya FTX-nin ictimaiyyətlə əlaqələr mərkəzindən məlumat yayıb.

Məlumatda bildirilir ki, terror aktını törətməyə çalışan çəxs Ukrayna millətçilərinin tərəfdarıdır və o saxlanılıb.

“Yujno-Saxalinsk şəhərində FTX adanın enerji sistemi obyektində və hərbi komissarlıqda terror aktlarının hazırlanmasının qarşısını alıb. Qeyri-qanuni fəaliyyətlə məşğul olan, Ukrayna neonasizminin tərəfdarı olan 1980-ci il təvəllüdlü Rusiya vətəndaşı saxlanılıb”, – xidmətdən bildirilib.