SATICILIQDAN ÖMÜRLÜK DEPUTATLIĞA QƏDƏR – HACI MADƏR KİMDİR?

SATICILIQDAN ÖMÜRLÜK DEPUTATLIĞA QƏDƏR – HACI MADƏR KİMDİR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin deputatı Madər Musayev 75 yaşında xəstəlikdən dünyasını dəyişib. 15-20 gündür reanimasiyada olan deputat bu gün bir sıra daxili orqanlarının çatışmazlığından vəfat edib.

Tribunainfo.az yazır ki, Madər Musayev 26 noyabr 1947-ci ildə Bakı şəhərində anadan olub. Moskva Koperativ İnstitutu Bakı filialının sənaye əmtəəşünaslığı və ticarətin təşkili fakültəsini bitirib, 1964-cü ildən Bakı şəhərində satıcı şagirdi, kiçik satıcı, baş satıcı, 1971-ci ildən mağaza müdiri, 1976-cı ildən universamda baş satıcı işləyib.
1986–1995-ci illərdə “Bahar” ticarət mərkəzinin müdiri vəzifəsində çalışıb.
O, Azərbaycanda ən uzunmüddətli deputat olomuş şəxsdir. XII çağırış Azərbaycan Respublikası Ali Sovetinin, I , II, III, IV, V və VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü olub. Azərbaycan-Gürcüstan, Azərbaycan-İran, Azərbaycan-Səudiyyə Ərəbistanı, Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü idi.
“Şöhrət” və “Şərəf” ordenləri ilə, 25 noyabr 2022-ci ildə isə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Mərhum deputatın 3 övladı var.