Satanovski: Milyonlarla insan Qafqaza axın edə bilər

Satanovski: Milyonlarla insan Qafqaza axın edə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yaxın Şərqdə İranın iştirakı ilə genişmiqyaslı müharibə Cənubi Qafqaza da öz təsirini göstərəcək”. Tribunainfo.az xəbər verir ki, bunu Rusiya Yaxın Şərq İnstitutunun prezidenti Yevgeni Satanovski deyib .
O qeyd edib ki, Yaxın Şərqdə İranın da iştirak etdiyi genişmiqyaslı müharibənin baş verməsi ehtimalları 100 faizdir. “Bütün bunlar nəyə gətirib çıxaracaq, nüvə qarşıdurmasına gətirib çıxaracaqmı, nəticədə İrandan, İsraildən və bütün regiondan nə qalacaq? Bütün bu sualların cavabları açıq qalır”.
Satanovski ehtimal edir ki, hadisələrin bu cür inkişafı Cənubi Qafqaza, o cümlədən Ermənistana da təsir edəcək. “İrana ciddi, genişmiqyaslı hücum olarsa, o zaman İrandan Cənubi Qafqaz regionuna və xüsusən Ermənistana yüz minlərlə, bəlkə də milyonlarla qaçqın gələcək”.