Sarımsaq və balı qarışdırmaq bu xəstəliyə son qoyur

Sarımsaq və balı qarışdırmaq bu xəstəliyə son qoyur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İbn Sinanın əsrlər əvvəl müalicəvi məlumatlar verdiyi kitabında sarımsaq və bal qarışığı diqqəti cəlb edir. Orta əsrlərdə İbn Sinanın yazdığı “El-Kanun Fi’t Tibb” kitabından bir şəfanı təqdim edirik.

Tribunainfo.az-ın məlumatına görə, İbn Sina sarımsağın digər qidalar arasında xüsusi yeri olduğunu bildirir. Sarımsaq xüsusilə dövrün sultanlarına və hökmdarlarına tövsiyə etdiyi müalicə üsulları arasındadır.

Sarımsaq və bal qarışığı boğaz sağlamlığına müsbət təsir göstərir. Sarımsaq antioksidan və antimikrobiyal xüsusiyyətlərə malik qidadır. Boğaz ağrısı, soyuqdəymə və digər yuxarı tənəffüs yollarının infeksiyalarına qarşı təbii dəstək kimi istifadə edilə bilər.
Bal da antimikrobiyal xüsusiyyətlərə malikdir və boğaz qıcıqlanmasını aradan qaldırmağa kömək edə bilər. Bundan əlavə, balda olan təbii şəkərlər boğazda bir qədər rahatlama təmin edə bilər.
İbn Sina inanır ki, sarımsaq və balı qarışdırsanız, bu ikili təsirli bəlğəmgətirici olacaqdır . Bu qarışıq bəlğəmin təbii şəkildə çıxarılmasına kömək edəcəkdir.

Bu qarışıq immunitet sistemini gücləndirməyə kömək edə bilər. Sarımsağın və balın güclü faydaları birləşdirildikdə, xəstəliyin qarşısını alan vitaminlərlə zəngin bir birləşmə ortaya çıxır.

Dəniz Pənahova