“Zəngəzur dəhlizi məsələsinin sülh sazişindən çıxarılması Ermənistan, Rusiya və İran üçün faydalıdır”. Tribunainfo.az xəbər verir ki, bu fikirlər siyasətçi Eduard Şarmazanova məxsusdur.
O bildirib ki, Zəngəzur dəhlizinin əsas benefisiarları Türkiyə, Azərbaycan və Kollektiv Qərbdir. “Niyə? Orta Asiya ölkələrini Azərbaycan və Ermənistan vasitəsilə Türkiyəyə, oradan da Qərbə birləşdirən Şərq-Qərb və ya “Orta dəhliz” layihəsini həyata keçirmək üçün”.
O hesab edir ki, məhz bu səbəbdən Zəngəzur dəhlizi məsələsinin dondurulması İran, Rusiya və Ermənistana sərfəli olsa da, Türkiyə və Qərbə sərfəli deyil. “Payızda əvvəlcə Gürcüstanda, sonra isə Ermənistanda Cənubi Qafqaz uğrunda mübarizə qızışacaq”.