Şarmazanov: “Onun adı Zəngəzur deyil, Turan dəhlizidir”backend

Şarmazanov: “Onun adı Zəngəzur deyil, Turan dəhlizidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu, Zəngəzur dəhlizi deyil, Türkiyə və Qərbə lazım olan Turan dəhlizidir”. Tribunainfo.az xəbər verir ki, bunu Ermənistan Respublikaçılar Partiyasının rəsmisi Eduard Şarmazanov deyib.
O bildirib ki, son zamanlar baş verən proseslər Qərblə Ermənistan arasında bir sıra anlaşmaların əldə olunmasına gətirib çıxarıb. “Qərb Paşinyana “Rusiyadan ayrıl və cəsarətli addımlar at” deyərək, açıq siqnal verib. Bu gün İrəvan hökuməti də həmin addımları atır”.
Şarmazanov onu da deyib ki, bölgədə iri nəqliyyat-
kommunikasiya layihələrinin reallaşması üçün xeyli müddətdir mübarizə gedir. O, bu prosesə mane olan Qarabağ məsələsinin də məhz hərbi yolla həllinə gətirib çıxarıb. “Aydındır ki, Qarabağ problemi mövcud olduğu müddətdə Mərkəzi Asiya ölkələrini Azərbaycan, Ermənistan və Türkiyə ilə birləşdirən nəqliyyat layihəsinin həyata keçirilməsi qeyri-mümkün idi”.
Partiya rəsmisi onu da deyib ki, Qərb Ermənistandan vasitə kimi istifadə edir. “Bu, danılmaz faktdır ki, Qərbə Ermənistan yalnız İran və Rusiyaya qarşı alət kimi lazımdır. İranda isə bunu çox gözəl başa düşürlər”.