“Paşinyan hökuməti üç ildir ki, erməni xalqına sülh müqaviləsi təqdim edir”. Tribunainfo.az xəbər verir ki, bu sözləri erməni siyasətçi Eduard Şarmazanov deyib.
Onun sözlərinə görə, Ermənistanın baş naziri hər Yeni il öncəsi Azərbaycanla gec-tez sülh imzalayacaqlarına söz verirdi. “Ancaq Əliyevin çıxışı bütün bu optimizmi dağıtdı. Onun ildırım kimi, fikirlərini ortaya qoyması planların çoxunu pozdu”.
Şarmazanov iddia edir ki, Paşinyan sülhə hazırlaşmır. “Sülhün kəsişməsi, sülh gündəmi artıq mövcud deyil”.