backend

Sarkozi PSJ-nin prezidenti ola bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın sabiq prezidenti Nikola Sarkozi PSJ klubunun rəhbəri ola bilər. 

Fransanın sabiq prezidenti Nikola Sarkozi PSJ klubunun rəhbəri ola bilər.

Bu barədə Fransanın “GQ France” jurnalı məlumat yayıb.

Bildirilib ki, klubun sahibi olan Qətər əmiri Tamin əl-Tani artıq bununla bağlı Sarkoziyə təklif ünvanlayıb.

Təyinatın birinci dövrənin qış fasiləsində elan olunacağı gözlənilir. PSJ-nin sabiq azarkeşi sayılan və hər ev oyununu izləməyə gələn Sarkozi klubda prezident vəzifəsində Nasser-Əl-Xelaifini əvəzləyəcək. Altmış bir yaşlı siyasətçi 2007–2012-ci illərdə Fransaya başçılıq edib.