Sarkozi HƏBS EDİLDİ

Sarkozi HƏBS EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paris Apellyasiya Məhkəməsi Fransanın sabiq prezidenti Nikola Sarkozini 6 ay həbs cəzasına məhkum edib.

Tribunainfo.az xarici mətbuata istinadla xəbər verir ki, məhkəmə Sarkozi ilə bağlı 2012-ci il seçki kampaniyasının maliyyələşdirilməsi ilə bağlı iş üzrə daha altı ay şərti həbs cəzası hökmünü çıxarıb.

Xatırladaq ki, Nikola Sarkozi 2012-ci il prezident seçkisi kampaniyasını maliyyələşdirmək üçün icazə verilən həddi aşmaqda ittiham olunub. Yəni maliyyələşmə 18 milyon avro əvəzinə 22,5 milyon avro təşkil edib. Fransanın sabiq lideri günahını boynuna almasa da, məhkəmə onun xərclərə qəsdən nəzarət etmədiyini müəyyənləşdirib.