Fransanın keçmiş prezidenti Nikolya Sarkozi 2025-ci il ərzindədaim elektron qolbaq taxmağa məcbur olacaq.
Tribunainfo.az “Le Parisien” qəzetinin saytına istinadla xəbər verir ki, bu qətimkan tədbiri onun nüfuzdan sui-istifadə və istintaq sirrinin pozulması hallarında cəzasının icrasına nəzarət etmək üçün seçilib.
Nəşr bildirir ki, Sarkozi elektron qolbaq taxmaq üçün yaxın vaxtlarda hakim qarşısına çıxmalıdır. Keçmiş prezident arayışlar təqdim etməlidir ki, onların əsasında hakim məhkumun daimi yaşayış yerini müəyyənləşdirsin.
Sarkoziyə həftə içi və həftə sonları gəzinti üçün də vaxt ayrılacaq.