backend

Sarkisyanın sənəd saxtakarlığı – Onun atası kimdir? (FOTOLAR)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın prezident Serj Sarkisyan haqqında daha bir müəmmalı sənəd yayılıb. 
Ermənistanın prezident Serj Sarkisyan haqqında daha bir müəmmalı sənəd yayılıb.

TİA.AZ femida.az-a istinadən xəbər verir ki, prezident haqqında yeni məlumatları və fotoları Ermənistanın “Aniarc.am ” saytı yayıb. “Serj Sarkisyanın Ağdam və Bakı vaxtları, Sarkisyanın rəsmi tərcümeyi halında olan yeni səhvlər” adlanan məqalədə bir sıra uyğunsuzluqlar göstərilib. Sayt yazır ki, prezidentin rəsmi səhifəsində yerləşdirilən tərcümeyi halla, mövcud sənədlər uyğunsuzluq təşkil edir.

Belə ki, prezidentin rəsmi saytında qeyd olunur ki, Sarkisyan 1979-cu ildə Xankəndində gənclərlə iş üzrə komitəsində şöbə müdiri işləyib. Buna baxmayaraq Xankəndində işləyən Sərkisyan komsomol biletini Ağdam rayonundan alıb. 1982-ci ilin mayından dekbrına qədər ora üzvlük haqqı ödəyib. Sayt yazır ki, buradan belə nəticəyə gəlmək olur ki, Sarkisyan həmin vaxt, Xankəndində yox, Ağdamda işləyib. Amma bu məqsədli şəkildə gizlədilib və burada müəyyən saxtakarlıq var.
Həmçinin Sarkisyana verilən Komsomol biletində onun atasının adının göstərilməməsi müəmma yaradıb. Sayt bunu belə ifadə edib : “Sarkisyanın doğma atası kimdir?”
Daha sonra sayt Sarkisyanın tərcümeyi halının saxtalığını göstərmək üçün bir faktı fotolarla birgə təqdim edir. Buradan aydın olur ki, Sarkisyan “Bakıda 1980-ci ildə Zaqafqaziya Komsomol” liseyinin məzunu olub.
 

İndi Ermənistanda da müzakirəyə çıxarılan bu sənədin də sovetlər dövründə fırıldaq yoluyla əldə edildiyi iddiaları möhkəmlənir.
Sarkisyanın rəsmi bioqrafiyası ilə bağlı daha bir saxtakarlıq ortaya qoyulub. Əslində o, 1988-ci ilə qədər kommunist olub. Ancaq onun tərcümeyi halında bu hissə çıxarılıb və inkar edilib.
Sayt sonda qeyd edir ki, bütün bunlar onun hakimiyyətə gəlməsi üçün atılan addımlar olub. Buna görə də onun əsl atasının kim olması belə gizlədilir.