Sarkisyanın qardaşının əmlakı müsadirə ediləcəkbackend

Sarkisyanın qardaşının əmlakı müsadirə ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Prokurorluğu sabiq prezident Serj Sarkisyanın qardaşı Aleksandr Sarkisyanın 14 ədəd daşınmaz əmlakını və 3,5 milyard dramının (9 milyon ABŞ dolları-red) müsadirə olunmasını tələb edir.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan İctimai Televiziyası məlumat yayıb.

Prokurorluq xüsusən Tumanyan küçəsində 3 mərtəbəli malikanəni və İrəvanın mərkəzində daha 3 evi müsadirə etmək istəyir. Hüquq-mühafizə orqanları Kotayk vilayətində Sarkisyanın və onun ailə üzvlərinin daha 10 ədəd daşınmaz əmlakını əlindən almaq niyyətindədir. Prokurorluq 4 nəqliyyat vasitəsini, 3 şirkətin əmlakını (Kotaykdakı otel də daxil olmaqla) dövlətin xeyrinə müsadirə etmək istəyir. Sözügedən əmlakın hamısına həbs qoyulub

Prokurorluq Sarkisyanın 1995-ci ildən əldə etdiyi əmlaka baxış keçirib. Bundan əvvəl o və ailə üzvləri qanunsuz əmlakın müsadirə edilməsi işi çərçivəsində Prokurorluğa dəvət olunublar. Ancaq vəkilinin sözlərinə görə, onlar xaricdədirlər və qayıtdıqdan sonra materiallarla tanış olacaqlar.

A. Sarkisyan, oğulları Ayk və Narek 2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyindən sonra təhlükəsizlik qüvvələrinin diqqət mərkəzində olublar. 2021-ci ilin iyun ayında paytaxt məhkəməsi Narek Sarkisyanı qanunsuz silah saxlamaqda, narkotik qaçaqmalçılığında və adam oğurluğunun təşkilində təqsirli bilib. O, 5 il yarım müddətinə həbs cəzasına məhkum edilib. Narek Sarkisyan bir müddət xaricdə gizlənsə də, 2018-ci ilin dekabrında Praqada Franklin Qonzales adına pasportla saxlanılıb, bir il sonra Ermənistana ekstradisiya edilib. Onun kiçik qardaşı Ayk 2007-ci ildə sui-qəsd cəhdində və qanunsuz silah və sursat saxlamaqda təqsirləndirilib. Lakin sonradan maddənin təsnifatı dəyişdirilib, iddianın müddəti bitdiyi üçün cinayət işinə xitam verilib.

Fotoda Aleksandr Sarkisyan