Dünən Moskvada yaşayış kompleksində baş verən partlayışın kamikadze tərəfindən törədildiyi ehtimal edilir.
Tribunainfo.az xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “Kommersant” yayıb.
Bildirilib ki, ilkin məlumata görə, hadisəni əvvəllər mühakimə olunmuş Ermənistan vətəndaşı törədib. Belə ki, həmin şəxs “Donetsk Xalq Respublikası”nın Boks Federasiyasının “fəxri prezidenti” və “Arbat” batalyonunun təsisçisi, erməniəsilli Armen Sarkisyan binaya daxil olarkən partlayıcı qurğunu işə salıb.
Xatırladaq ki, hadisə dünən səhər saatlarında qeydə alınıb. Partlayış zamanı ağır yaralanan Sarkisyan aparıldığı xəstəxanada ölüb. İlk yayılan məlumatda onun cangüdənin də hadisə zamanı öldüyü bildirilirdi. İnsident nəticəsində daha 4 nəfər xəsarət alıb. TASS öz mənbələrinə istinadən bunun Armen Sarkisyana qarşı sui-qəsd olduğunu yazıb. Hazırda partlayış kütləvi qətl olaraq araşdırılır.