“Ermənistan rəhbərliyi törətdiyi cinayətlərə görə beynəlxaq məhkəmə qarşısında cavab verməlidir”.
“Ermənistan rəhbərliyi törətdiyi cinayətlərə görə beynəlxaq məhkəmə qarşısında cavab verməlidir”.
TİA.AZ azVision.az-a istinadən xəbər verir ki, bunu Bakıda keçirilən “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlama perspektivləri, Ermənistandan və Azərbaycandan baxış” adlı beynəlxalq konfransda çıxışı zamanı erməni hüquq müdafiçəsi Vaan Martirosyan bildirib.
Onun sözlərinə görə, erməni KİV-ləri Bakıda keçirilən konfrans barədə həqiqəti işıqlandırmayacaq: “Onlar İrəvan rejiminin
tələb etdiklərini yazacaqlar.
Azərbaycan sülh formatını dəstəkləmək üçün dövlət səviyyəsində ilk addımları atır.
Ermənistanda hakimiyyəti güc yolu ilə tutan, Xocalı soyqırımını törədən hakimiyyət indi də öz xalqına qarşı soyqırım törədir.
Bu hakimiyyət qaldıqca, tərəflər arasında sülh olmayacaq.
Onlar indi də Ermənistanda soyqırım törədir, ermənilərdən Bakıda erməni kilsəsinim dövlət tərəfindən qorunduğunu, Bakıda
38 mindən çox ermənin yaşadığını gizlədirlər.
Azərbaycanın regionlarında erməni abidələri var, onları azərbaycanlılar qoruyur.
Ermənistanda məşhur aktyor Armen Ciqarxanyanı azərbaycanlılar və ermənilərin barışmalı olduğunu dediyi üçün satqın adlandırdılar.
Münaqişənin nizamlanması üçün bir sıra həll yolu var, lakin son mərhələdə hər bir münaqişəni ondan ən çox əziyyət çəkənlər həll edir.
Söhbət Azərbaycan və Ermənistan xalqlarından gedir”.
Martirosyanın sözlərinə görə, Qarabağ münaqişəsi olmasaydı, Koçaryan və Sarkisyan rejimi Ermənistanın siyasi arenasında olmaycaqdı: “Onlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanması çərçivəsində aventuralar, intriqalar yaradırlar.
Ermənistan rəhbərliyi Dağlıq Qarabağ münaqişənin həllini istəmir.
Belə desək, onlar bu münaqişədən qidalanırlar. Əgər münaqişə həll olunsa, onların avtoritar rejimi çökəcək”.
Martirosyanın sözlərinə görə, Ermənistan gənclərinə məktəb illərindən Azərbaycanın düşmən olması aşılanır: “Onlara deyirlər ki, azərbaycanlılar bizim düşmənimizdir və o, səni görsə, səni mütləq öldürəcək.
Ona görə də sən onu öldürməlisən.
Azərbaycanlılar və ermənilər Sovet dövründə çox mehriban, dostluq əlaqələrinə malik olub. Lakin SSRİ dağılan zaman üçüncü gücün təsiri ilə qonşu ölkələr arasında münaqişə yaranıb”.