Ermənistanın müdafiə naziri Viqen Sarkisyan bu günlərdə Moskvada Rusiya Müdafiə Nazirliyi tərəfindən təşkil olunmuş təhlükəsizlik üzrə konfransda pis vəziyyətə düşüb.
Ermənistanın müdafiə naziri Viqen Sarkisyan bu günlərdə Moskvada Rusiya Müdafiə Nazirliyi tərəfindən təşkil olunmuş təhlükəsizlik üzrə konfransda pis vəziyyətə düşüb.
Publika.az xəbər verir ki, erməni nazirin çıxışında yalnız rusiyalı həmkarı Sergey Şoyquya dəvət üçün minnətdarlıq aydın başa düşülüb. Digər sözləri isə məntiqsiz ardıcıllıqla davam edib.
V.Sarkisyanın məntiqsiz çıxışının səbəbi isə onun Rusiyanın xoşuna gəlməyən ifadələrdən qaçmaq cəhdi olub.
“Lragir” saytı yazır ki, V.Sarkisyan çıxışında nə Azərbaycana silah satılması, nə də Ermənistanın maraqlarına uyğun heç bir ifadə işlətmədi.
“Yalnız Şoyquya təşəkkür etdi və daha çox rusiyalı həmkarının diktələrinə qulaq asdı. Çünki ona Rusiyanın xoşuna gəlməyən ifadələr işlətməmək göstərişi verilmişdi”, – deyə sayt qeyd edib.