Sarkisyan: “Ermənistan işğalçı və terrorçu olduğunu boynuna alıb”

Sarkisyan: “Ermənistan işğalçı və terrorçu olduğunu boynuna alıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bizim Qarabağ məsələsində ümumerməni konsepsiyası olmayıb və indi də yoxdur”. Tribunainfo.az bildirir ki, bu sözləri Ermənistan Demokratik Partiyasının sədri Aram Sarkisyan deyib.

Onun sözlərinə görə, Ermənistan işğalçı olduğunu artıq boyuna alıb. “Bu gün Minsk Qrupu fəaliyyət göstərmirsə və bu, Bakı və Ermənistan hakimiyyəti tərəfindən müsbət qarşılanırsa, deməli, Ermənistan həqiqətən də özünü işğalçı və terrorçu olduğunu boynuna alıb”.

Sarkisyan həmçinin onu da vurğulayıb ki, Erməınistan Qarabağ məsələsində də işğalçı olduğunu təsdiqləyib. “Əgər biz Qarabağ ermənilərinin öz milli azadlıq mübarizəsini apardığını qəbul etmiriksə, deməli, o halda biz sadəcə Azərbaycan ərazisində işğal aksiyaları həyata keçirməyə cəhd etmişik”.