Sarkisyan: COP29-da iştirak mümkündür

Sarkisyan: COP29-da iştirak mümkündür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verildiyi kimi, Azərbaycan COP29 tədbirlərində iştirak etmək üçün Ermənistana rəsmi dəvət göndərib. Tribunainfo.az xəbər verir ki, rəsmi Bakı bununla bağlı irəvandan cavab gözlədiyini də qeyd edib.
Ermənistan tərəfi isə hələlik susur. Amma bu ölkədəki bəzi siyasi partiyalar İrəvan rəhbərliyinin Bakıya səfər etməsində qüsur görmürlər. Düzdür, onlar şərtli danışırlar.
Tribunainfo.az xəbər verir ki, Ermənistan Respublika Partiyasının sədri Aram Sarkisyan COP29-a qatılmağın tərəfdarlarındadır. O qeyd edir ki, Bakı ilə anlaşmaq üçün belə bir tədbirə qatılmaq əlverişlidir. Lakin o, bəzi şərtlərin yerinə gətirilməsini də deyir. “Əgər Bakıda sənəd imzalansa, COP29-da iştirak etmək mümkündür. Ortada sənəd yoxdursa, o zaman bu tədbirə qatılmaq mənffət gətirməyəcək”.