Sarımsağın bu faydası da var imiş…

Sarımsağın bu faydası da var imiş…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qaraciyər bədəndə süzgəc rolunu oynayan əsas təmizləyici orqandır, lakin onun imkanları hədsiz deyil. Fastfud yeməkləri, eləcə də tərkibində doymuş yağlar, artırılmış şəkər və sintetik inqrediyentlər əlavəsi olan emal edilmiş ərzaqlar bu “filtri” çox asanlıqla yükləyə bilir ki, nəticədə də qaraciyər öz vəzifəsinin öhdəsindən çətinliklə gəlir.

TİA.AZ xəbər verir ki, zəhərli maddələr qaraciyərə dolduqda yorğunluq, ürəkbulanma, köp və qarın işləməsində problemlər əmələ gəlir, ağır hallarda isə qaraciyər çatışmazlığı inkişaf edir. Bəzi ərzaqlar qaraciyəri zəhərli maddələrdən təmizləyir, onun düzgün fəaliyyətini təmin edir. Bu ərzaqlardan biri də sarımsaqdır. Bəs sarımsağı qaraciyərin effektli təmizləyicisinə çevirən nədir?

Ədviyyəli tərəvəz zəhərləri birbaşa çıxarmağa qadir deyil. Bunun əvəzində sarımsaq qlütationun – zərərli sərbəst radikalların əmələ gətirdiyi oksidləşdirici stresdən müdafiə edən antioksidantın təbii yolla yaranma prosesini artırmağa kömək edir. Bu, qaraciyərin fəaliyyətini yaxşılaşdırır, onu iltihaba, xəstəliklərə daha az meyilli edir. Mütəxəssislər təsdiqləyirlər ki, yaş ötdükcə orqanizmdə qlütationun əmələ gəlməsi azalır. Onun miqdarını sadə effektli üsulla artırmaqdan ötrü rasiona sarımsaq əlavə etmək lazımdır.

Bundan əlavə, bu tərəvəzin tərkibində selen var. Qlütationa bənzəyən bu mikroelement antioksidant kimi təsir göstərir, qaraciyərin zəhərli maddələrdən müdafiəsini yaxşılaşdırır.

Sarımsağı necə yemək məsləhətdir? Bu tərəvəzi çiy yemək daha faydalıdır. Həm də yeməmişdən əvvəl sarımsağı doğramaq və ya əzmək lazımdır – bu, onun tərkibindəki faydalı birləşmələrin üzə çıxmasına kömək edir.