Sara Əlizadə lisenziyasız çalışır? – Kosmetoloqa ittiham

Sara Əlizadə lisenziyasız çalışır? – Kosmetoloqa ittiham

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son illər Azəraycanda kosmetoloji prosedurlara tələbat artdığından bu xidməti göstərən “kosmetoloqlar”ın, estetik mərkəzlərin sayı artıb. Sözsüz ki, bu da qeyri-peşəkar kosmetoloqların və onların qurbanlarının sayını artırır.

Tribunainfo.az-ın məlumatına görə, rəsmi statistikaya görə, ölkəmizdə son 5 ildə kosmetoloji prosedurlardan əziyyət çəkənlərin sayı kifayət qədər artıb.

Azərbaycan Respublikasının Qanununa əsasən kosmetoloji iş üzrə özəl tibb xidməti fəaliyyətinin göstərilməsi üçün lisenziya tələb olunur. Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”nda “kosmetoloji” iş üzrə tibbi xidmətin göstərilməsi tibbin bir sahəsi kimi qeyd olunub: “Burada tibbi kosmetologiyaya daxil olan estetik problemlər, onların korreksiyasına və profilaktikasına yönəlmiş, örtük toxumalarına müdaxilə ilə müşayiət olunan müxtəlif kompleks prosedurları nəzərdə tutulub. Tibbi kosmetologiyaya, cərrahi müdaxilələr istisna olmaqla (plastik cərrahiyyəyə aid olduğundan) konservativ və korreksion üsullar daxildir. Bu üsullara inyeksion prosedurlar, müxtəlif növ aparat kosmetologiyası (o cümlədən lazer üsulu epilyasiya), biorevitalizasiya, mezoterapiya, pilinq prosedurları, müalicəvi masaj üsulları, plazmoliftinq aid oluna bilər. Bu üsulların hamısı “kosmetoloji” işə aid olunduğundan müvafiq iş üzrə özəl tibb xidməti fəaliyyətinin göstərilməsi üçün lisenziya tələb olunur. Bu sahədə praktiki tibbi fəaliyyət üzrə müvafiq sertifikatı olan həkim-dermatoveneroloqlar və tibbi kosmetologiya üzrə ixtisaslaşma keçmiş ali tibbi təhsilli mütəxəssilər məşğul olmaq hüququna malikdirlər”.

Lisenziyasız fəaliyyət göstərən kosmetoloqlardan biri də sosial şəbəkələrdə özünü “ixtisaslaşmış həkim kosmetoloq Dr.Sara Alizadə” adı ilə reklam edən Sara Əlizadədir.

Sara Əlizadənin tibbi təhsili olmasına baxmayaraq, fəaliyyət göstərdiyi kosmetologiya sahəsi üzrə lisenziyasının olmadığı bildirilib.

Sara Əlizadə sosial hesablarında bağlayıb və hüquq mühafizə orqanları tərəfindən lisenziyasız plastik cərrahlar və kosmetoloqlar haqqında araşdırmalarından yayınmaq üçün etdiyi iddia olunur.