Sankt-Peterburqdakı Pulkovo Hava Limanında təyyarələrin qalxması və enməsi ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Tribunainfo.az xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin nümayəndəsi Artyom Korenyako məlumat verib.
O qeyd edib ki, bu tədbirlər mülki aviasiya təyyarələrinin təhlükəsizliyi məqsədilə həyata keçirilib.