Sanksiyalar nəticəsində Rusiyanın ağlasığmaz itkiləri açıqlandı

Sanksiyalar nəticəsində Rusiyanın ağlasığmaz itkiləri açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya beynəlxalq sanksiyalar nəticəsində enerji sektorundan 450 milyard dollara yaxın gəlir itirib.

Tribunainfo.az xəbər verir ki, bunu Böyük Britaniyanın ATƏT-dəki daimi nümayəndəliyinin baş hərbi müşaviri, polkovnik-leytenant Cobi Rimmer bildirib.

O qeyd edib ki, Rusiya münaqişəni gərginləşdirməkdə davam etdiyi üçün əhalisi getdikcə daha ciddi iqtisadi nəticələrlə üzləşir.

“Rusiyada baza faiz dərəcəsi 21%-ə yüksəlib ki, bu da dərin maliyyə qeyri-sabitliyindən xəbər verir. 2025-ci il üçün Rusiya büdcəsinin 40%-i müdafiəyə ayrılıb, SSRİ-dən sonra ilk dəfə olaraq müdafiə xərcləri sosial xərcləri üstələyib. Milli Rifah Fondunun likvid aktivlərinin üçdə ikisi artıq xərclənib. Beynəlxalq sanksiyalar səbəbindən Rusiya enerji sektorundan təxminən 450 milyard dollar itirib”, – Rimmer bildirib.

Onun fikrincə, belə siyasət Kremlin müharibəni qəsdən öz xalqının rifahından üstün tutmasından xəbər verir.

Publika.az