Sanksiyalar İran iqtisadiyyatına bir trilyon dollardan çox ziyan vurub

Sanksiyalar İran iqtisadiyyatına bir trilyon dollardan çox ziyan vurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

On iki il ərzində, 2011-2023-cü illərdə tətbiq edilən sanksiyalar İran iqtisadiyyatına bir trilyon 200 milyard dollar məbləğində ziyan vurub

Tribunainfo.az “İran international”a istinadən xəbər verir ki, bunu İran Ticarət Palatasının keçmiş rəhbəri Hüseyn Selahvarazi bildirib.

Qeyd edilib ki, bu məlumat prezident seçkisinin keçirilməsinə bir neçə gün qalmış açıqlanıb.

Ekspertlərin qənaətincə, seçiləcək yeni prezident qərblə sanksiyaların aradan qaldırılması istiqamətində mürəkkəb danışıqların öhdəsindən gəlməlidir. H.Selahvarazi vurğulayıb ki, İranda seçki kampaniyası zamanı sanksiyalar məsələsinə o qədər də diqqət yetirilməyib.

Qeyd edək ki, iyunun 28-də İranda prezident seçkisi keçiriləcək.