ABŞ Prezidenti Donald Tramp Ukraynada müharibəyə son qoymaq üçün Rusiya Federasiyasına qarşı sanksiyaları sərtləşdirməyə hazırdır.
Tribunainfo.az xəbər verir ki, belə bir bəyanatla ABŞ Prezidentinin Ukrayna böhranının nizamlanması üzrə xüsusi nümayəndəsi Keyt Kelloq çıxış edib.O, ”The New York” Post qəzetinə açıqlamasında deyib ki, ABŞ prezident administrasiyası Rusiyaya qarşı hazırkı sanksiyaları qeyri-kafi hesab edir: “Həqiqətən də sanksiyalar, xüsusən də neft hasilatı və ixracına qarşı son məhdudiyyətlər gücləndirilə bilər. Bu, nəsə etmək üçün çoxlu imkanlar açır. Açığını deyim ki, istənilən danışıqlarda hər iki tərəf güzəştə getməlidir – danışıqların quruluşu belədir”. Kelloq, yəqin ki, razılaşmanın hamı üçün məqbul və ya qaneedici olmayacağını, ancaq “tarazlığı tapmağa çalışmağın” lazım olduğunu əlavə edib.
Kelloq həmçinin deyib ki, Donald Tramp ilk öncə qan tökülməsini dayandırmaq istəyir: “Sonra gələcək danışıqlarda bundan çıxış ediləcək”. Onun sözlərinə görə, hazırkı ABŞ administrasiyasının məqsədi məhz budur və əvvəlcə atəş dayandırılmalı, sonrakı danışıqlar isə müharibədən sonrakı nizamlanmanın “son dərəcə mürəkkəb” məsələlərinə yönəldilməlidir.