“Sanitariya Epidemioloji Xidmətlər”in aqibəti necə olacaq? – MƏHKƏMƏbackend

“Sanitariya Epidemioloji Xidmətlər”in aqibəti necə olacaq? – MƏHKƏMƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sanitariya Epidemioloji Xidmətlər” MMC ilə bağlı cərimə protokolu tərtib edilib.

Tribunainfo.az xəbər verir ki, MMC-nin İnzibati Xətalar Məcəlləsinin maliyyə və sığorta qaydaları əleyhinə olan 464-cü maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

Xidmətlə bağlı işə bu gün Yasamal Rayon Məhkəməsində baxılacaq. İş hakim Rəşad Cavadzadənin icraatındadır.

Qeyd edək ki, “Sanitariya Epidemioloji Xidmətlər” MMC 2017-ci ildən fəaliyyətə başlayıb. MMC-nin direktoru Fuad Həsənzadədir.

Qarşı tərəfi dinləməyə hazırıq.

Nigar